Astarada 2 mərtəbəli ev yanıb
    • 7-01-2023, 22:14
    • 176

Astarada 2 mərtəbəli ev yanıb

Astarada evdə yanğın olub.

FHN-dən News24.az-a verilən məlumata görə, Astara rayonunun Kijəbə qəsəbəsində ümumi sahəsi 338 m² (hər mərtəbəsi 169 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 50 m² sahədə, 2-ci mərtəbəsində 4 otağın və dam örtüyünün yanar konstruksiyaları 169 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.