Pakistan 524 əfqanı həbsdən azad edib
    • 7-01-2023, 22:31
    • 197

Pakistan 524 əfqanı həbsdən azad edib

Pakistanın hakimiyyət orqanları 520-dən çox Əfqanıstan vətəndaşını həbsxanalardan buraxıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat Əfqanıstanın Pakistandakı səfirliyi tərəfindən yayılıb.

“Əfqanıstanın İslamabaddakı səfirliyinin və Kəraçidəki baş konsulluğunun səyləri nəticəsində şənbə günü 54-ü qadın və 97-si uşaq olmaqla, 524 əfqan həbsxanalardan azad edilib”, - səfirliyin bəyanatında belə deyilir.

Məlumatda qeyd olunur ki, məhbusların bütün nəqliyyat, yemək və geyim xərcləri Əfqanıstanın səfirliyi və konsulluğu tərəfindən ödənilir.