“Şəxsi həyatım filmi  kölgədə qoya bilməz” – Oksana
    • 9-01-2023, 23:45
    • 188

“Şəxsi həyatım filmi kölgədə qoya bilməz” – Oksana

““Dönənlər” üçün saçımı sarıya boyatdım. Çəkilişlər çətin və maraqlı idi. Yaxşı ki, təklifi qəbul etdim. Möhtəşəm komanda ilə çalışdım. Filmdə hər kəs telefonunu masaya qoyub şəxsi mesajlarını  dostlarına oxuyur. Mən gerçək həyatda buna razı olmazdım”.

Bu sözləri News24.az-a açıqlamasında aktrisa-rəqqasə Oksana Rəsulova deyib.  Aktrisa “Film ərsəyə gələn ərəfədə boşanma xəbərləri ilə gündəmdə idiniz. Filmin kölgədə qalmasından qorxmadınız” sualına istə belə cavab verib: “Film təklifi gələn zaman ayrılıq məsələsi yox idi. Film çox gözəldir, maraqlıdır, həyəcanlıdır. Şəxsi həyatım filmi  kölgədə qoya bilməz”. 

Könül İBRAHİM