İrandakı etirazlarda 500 nəfər həyatını itirib
    • 26-12-2022, 10:29
    • 189

İrandakı etirazlarda 500 nəfər həyatını itirib

İranda 1979-cu il inqilabından sonra ən uzunmüddətli hökumət əleyhinə nümayişlər 100-cü gününə qədəm qoyub. 

News24.az İranın İnsan Haqları Fəalları Xəbər Agentliyinə (HRANA) istinadla xəbər verir ki, İranda etirazlar zamanı 500 nəfər həlak olub.

Məlumatda bildirilir ki, həyatını itirənlərin 69-u uşaqdır. 26 nəfər isə edam vaxtını gözləyir.