Alimlər “uzunmüddətli COVID-19”-un çarəsini tapdılar
    • 10-01-2023, 10:25
    • 261

Alimlər “uzunmüddətli COVID-19”-un çarəsini tapdılar

Braziliyada aparılan bir araşdırma nəticəsində alimlər koronovirusa yoluxub sağalan insanlarda yenidən özünü büruzə verən “uzunmüddətli COVID” sindromu ilə bağlı bir faktı aşkarlayıblar.

News24.az xəbər verir ki, araşdırma “Hospital das Clínicas da Faculdade de Medicina USP”-də aparılıb.

Tədqiqat üçün sınağa 18 yaşdan yuxarı şəxslər dəvət olunub. 

749 nəfərin sağlamlıq vəziyyətini araşdıran elm adamları fiziki fəaliyyəti az olan insanlarda “uzunmüddətli COVID”in əlamətlərinin olduğunu görüblər. Simptomları olmayanların isə daha çox fiziki fəaliyyət göstərdiyi məlum olub.