İngiltərədə 9 peyk itdi - Kosmik Agentlikdən uğursuz cəhd
    • 10-01-2023, 11:14
    • 156

İngiltərədə 9 peyk itdi - Kosmik Agentlikdən uğursuz cəhd

İngiltərədən orbitə peyk göndərmək üçün edilən ilk cəhd uğursuzluqla başa çatıb.

News24.az xəbər verir ki, “Virgin Orbit” şirkətinin “Boeing 747” təyyarəsi sınaq peyklərini daşıyan raketi müəyyən yüksəkliyə qaldırıb.

Uçuş ölkənin cənub-qərbində yerləşən Kornuolda həyata keçirilib. 

Əvvəlcə raketin Atlantik okeanı üzərindən təyyarəni tərk edərək orbitə uğurla çıxdığı açıqlanıb. Lakin 28 dəqiqə sonra şirkət raketdə problem olduğunu bildirib.

Açıqlamada raketin peykləri tərk edə bilməyəcəyi qeyd edilib. 9 peykin itdiyi güman edilir.