Yunanıstanın sonuncu kralı öldü
    • 11-01-2023, 10:32
    • 146

Yunanıstanın sonuncu kralı öldü

Ötən həftə Afinadakı evində insult keçirən Yunanıstanın sonuncu kralı Konstantin 82 yaşında vəfat edib.

News24.az xəbər verir ki, 1964-cü ildə atası Kral Paulun ölümündən sonra taxta çıxan və Yunanıstanın ən keşməkeşli vaxtlarında ölkəni idarə edən Konstantin 1967-ci il hərbi çevrilişindən sonra ölkədən qaçıb. 

Sonuncu Kral 1973-cü ilə qədər Romada sürgündə yaşadı.

2. Konstantin həm də İngiltərə kraliçası II Yelizavetanın həyat yoldaşı Şahzadə Filipin əmisi oğlu və Şahzadə Uilyamın xaç atası idi. Bir müddət Yunanıstan vətəndaşlığından məhrum edilən keçmiş Kral Afinaya qayıtmazdan əvvəl illər boyu ailəsi ilə birlikdə Londonda yaşayıb.

Qeyd edək ki, xroniki ürək problemləri olan Konstantinos həyatının son illərində əlil arabasında idi.