Sonuncu dəfə üz-üzə gələcəklər, “dünyanın gözü” bu oyunda olacaq
    • 11-01-2023, 11:10
    • 174

Sonuncu dəfə üz-üzə gələcəklər, “dünyanın gözü” bu oyunda olacaq

Portuqaliyalı hücumçu Kriştiano Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə razılaşaraq Avropa futboluna “əlvida“ dedi. Bununla da Ronaldu-Messi rəqabətinin sona çatması futbolsevərləri məyus etdi. Lakin Fransanın “Paris Sen-Jermen” klubu qış təlim-məşq toplanışı çərçivəsində Ərəbistanının iki əsas yerli klubu “Ən-Nəsr” və “Əl-Hilal” klubları ilə yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb. 

News24.az xəbər verir ki, matçlar yanvarın 19-da baş tutacaq.

Bu oyunun Ronaldunun debütü, ulduz hücumçuların isə sonuncu qarşılaşması olacağı güman edilir.