Ronaldo bu klubla razılığa gəldi - 500 milyon avroya!
    • 30-11-2022, 14:30
    • 350

Ronaldo bu klubla razılığa gəldi - 500 milyon avroya!

Azad agent olan Kriştiano Ronaldonun yeni ünvanının hansı komanda olacağı maraq doğurur.

News24.az xəbər verir ki, 37 yaşlı hücumçu Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubu ilə razılığa gəlib. Ərəb klubu 2,5 illik müqavilə qarşılığında Kriştianoya 500 milyon avro ödəniş edəcək. 

Qeyd edək ki, Ronaldo "Mançester Yunayted"lə müqaviləsinə xitam verib. Portuqaliyalı ulduz dünya çempionatında millinin heyətində 2 oyuna çıxıb, 1 qol vurub.

(Offsideplus.az)