Qırx il kosmosda qalan peyk geri qayıdır
    • 11-01-2023, 11:25
    • 160

Qırx il kosmosda qalan peyk geri qayıdır

Təqribən qırx il kosmosda qalan “NASA Earth Radiation Budget Satellite” (ERBS)  peyki göydən düşmək üzrədir.

News24.az xəbər verir ki, ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) məlumat yayıb.

NASA rəsmiləri bildirib ki, ERBS peykinin dağıntılarının Yer planetində kiməsə zərər vermə ehtimalı çox azdır. Məlumatda qeyd edilir ki, 5400 funtluq peykin Yerə daxil olduqdan sonra yanması gözlənilir.