“Babamın başını kəsib xurcuna qoymuşdular”
    • 11-01-2023, 18:11
    • 383

“Babamın başını kəsib xurcuna qoymuşdular”

Xalq artisti Flora Kərimova “Ermənistanın Xalq artisti” fəxri adından imtina etməsi barədə danışıb.

News24.az xəbər verir ki, sənətçi bu barədə “Astar” yutub kanalında sualları cavablandırıb:

“Belə bir ideya var idi. Ermənilərlə bünövrədən ulduzumuz barışmırdı. Qardaşlığı Gürcüstan, Özbəkistan, Tacikistanla edərdilər, erməniylə niyə? Mənim babamı kəsən bir millətlə niyə? Şuşada Topxanadan keçəndə babamın başını kəsib xurcuna qoymuşdular. Mən onu yadımdan çıxara bilərəm? At kişnəyə-kişnəyə gətirmişdi. Xurcunun üstündə babamın başı, içində də bədəni doğram-doğram. Nədir-nədir iki respublika dostluq edir. Başqa bir respublikanı seçəydiniz. Bu, mənim aləmimdə millət məsələsi idi”.//olay.az