20 dərəcəyədək şaxta, buzlu yollar... - Günün havası
    • 12-01-2023, 10:20
    • 232

20 dərəcəyədək şaxta, buzlu yollar... - Günün havası

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində yanvarın 11-dən 12-nə keçən gecə havanın az yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 784 millimetr civə sütunundan 781 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Yanvarın 11-dən 12-nə keçən gecə şəhərətrafı yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 15-20°, gündüz 5-10° şaxta olacağı ehtimal edilir.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, bəzi yerlərdə 14-17°, gündüz 2-7° şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, bəzi yerlərdə 18-20°, gündüz 3-8° şaxta olacağı bildirilir. Yollar buz bağlayacaq.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarının bəzi yerlərində arabir qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir. Yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 0-5° şaxta, dağlarda gecə 15-20°, gündüz 5-10° şaxta olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Yollar buz bağlayacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 5-9°, gündüz 3-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.