"Məktəblərdə yeni sanitar qovşaqların tikilməsi planlaşdırılır" - RƏSMİ AÇIQLAMA
    • 12-01-2023, 14:29
    • 140

"Məktəblərdə yeni sanitar qovşaqların tikilməsi planlaşdırılır" - RƏSMİ AÇIQLAMA

"Hər il köhnə məktəblərdə sanitar qovşaqlarla bağlı planlaşma işləri qurulur".

News24.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyev deyib. Qurum rəsmisi qeyd edib ki, bu il köhnə məktəblərdə yeni sanitar qovşaqların tikilməsi nəzərdə tutulur:

"Köhnə məktəblərin probleminin aradan qalxması üçün mühüm işlər görülür. Bu illər ərzində biz 87 ədəd mobil sanitar qovşaqları quraşdırmışıq. Bəzi məktəblərin həyətində olan sanitar qovşaqlarını əsaslı təmir etmişik, yaxud da yeniləri tikilib. Bugünədək 338 təhsil müəssisəsində yeni sanitar qovşaq tikilib". 


Aynurə