2023-cü ildə bu ərazilərdə 27 məktəb TİKİLƏCƏK
    • 12-01-2023, 14:44
    • 205

2023-cü ildə bu ərazilərdə 27 məktəb TİKİLƏCƏK

"2023-cü ölkəmizdə 27 yeni təhsil müəssinənin təhvil verilməsi nəzərdə tutulur".

News24.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyev deyib. Onun sözlərinə görə, tikiləcək məktəblərdən 5-i işğaldan azad olunmuş, 22-si digər ərazilərdə tikiləcək.

"Hələ ki, investisiya proqramı təsdiq olunmadığı üçün tam rəqəmləri dəqiq demək mümkün deyil. Qeyd edim ki, Şuşa və Ağdamda tikilən məktəblərin bu ilin sentyabrında təhvil verilməsi nəzərdə tutulub. Həmçinin, bu istiqamətdə Kəlbəcərdə, Laçında və Tərtərdə yeni layihə işləri aparılmaqdadır. Ümumilikdə Azərbaycanda 4500 məktəb var. Çalışırıq ki, hər kənddə bir məktəb olsun".  



Aynurə