Cəlilabadda avtobusda qaz balonundan istifadə olunur
    • 12-01-2023, 14:35
    • 190

Cəlilabadda avtobusda qaz balonundan istifadə olunur

Sosial şəbəkələrdə Cəlilabadda şəhərdaxili sərnişin avtobusunda qaz balonundan qızdırıcı kimi istifadə olunması faktı araşdırılıb.

News24.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Cəlilabadda avtobusda qaz balonunun yandırılması ilə bağlı görüntülərə münasibət bildirib.

Qeyd olunub ki, Cəlilabad şəhərdaxili 1 saylı marşrut xətti üzrə hərəkət edən “Mercedes Benz” markalı, 10 OG 584 nömrə nişanlı mikroavtobusun sürücüsü Bağırov Yaşar Bağır oğlu qaz balonunun mikroavtobusun sərnişinlərdən birinə aid olduğunu və onu salonu isitmək üçün yandırdığını deyib.

Sürücünün belə təhlükəli halın baş verməməsi üçün dərhal xətdən kənarlaşdırılıb./apa.az/