-
- 15-11-2022, 18:51
- 285
Tanımadığı nömrəyə zəng edib tanışlıq təklif etdi, həbs olundu
Kafedə dostları ilə yeyib-içdikdən sonra tanımadığı nömrəyə zəng edən şəxs həbs edilib.
News24.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə Şamaxı rayonunda baş verib.
Cəmil Akifli (şərti) bir müddət öncə Şamaxıda yerləşən kafelərdən birində iş yoldaşları ilə spirtli içki qəbul edib. Sərxoşluq vəziyyətinə düşdükdən sonra istifadəsində olan mobil nömrədən tanımadığı mobil nömrəyə zəng vurub. Nömrənin sahibinin xanım olduğunu görüncə ona tanışlıq təklif edib.
Qadın isə cavabında təklifə rədd cavabı verərək onu narahat etməməsini bildirib. Lakin C.Akifli davamlı olaraq həmin nömrəni yığıb, əxlaqsız təkliflər edib. Daha sonra xanım polisə müraciət edib.
Polis əməkdaşları Cəmilə zəng edərək onu bölməyə dəvət etsə də, sonuncu bölməyə getməkdən imtina edib. Bir müddət sonra polis əməkdaşları Cəmili Xətai rayonu ərazisində saxlayıblar. Onu bölməyə dəvət ediblər. Lakin C.Akifli buna etiraz edərək polislərlə mübahisəyə başlayıb, təhqiramiz ifadələr işlədib.
Həmin şəxs məcburi qaydada polis bölməsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) maddələri ilə protokol tərtib edilərək Xətai Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə Cəmilin 20 gün müddətində inzibati qaydada həbs edilməsinə dair qərar çıxarıb.