Avtobusla yük maşını toqquşdu - 10 ÖLÜ, 12 YARALI
    • 13-01-2023, 09:59
    • 206

Avtobusla yük maşını toqquşdu - 10 ÖLÜ, 12 YARALI

Hindistanın qərbində sərnişin avtobusu ilə yük maşınının toqquşub.

News24.az xəbər verir ki, qəza səhər saatlarında Maharaştra ştatında baş verib. 

Nəqliyyat vasitələrinin toqquşması nəticəsində 10 nəfər ölüb, 12 nəfər yaralanıb.

Qəza zamanı avtobusda 45 sərnişin olub. Ölənlər arasında qadınlar və uşaqlar da var. Yaralılar xəstəxanaya çatdırılıb. //ANI

Teymur MƏMMƏDOV