Azərbaycanda yaşa görə müavinətin məbləği BU QƏDƏR ARTIRILDI - FƏRMAN
    • 13-01-2023, 11:07
    • 7 069

Azərbaycanda yaşa görə müavinətin məbləği BU QƏDƏR ARTIRILDI - FƏRMAN

Azərbaycanda 2023-cü il yanvarın 1-dən yaşa görə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat müəyyən edilib.

News24.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb.