Azərbaycanda bu ailələrə hər uşağa görə 100 manat VERİLƏCƏK
    • 13-01-2023, 10:46
    • 3 810

Azərbaycanda bu ailələrə hər uşağa görə 100 manat VERİLƏCƏK

Azərbaycanda sosial müavinətlərin məbləğləri müəyyənləşib.

News24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması və "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla 2023-cü il yanvarın 1-dən bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 (bir yüz) manat müəyyən edilib.