Atasını döyərək öldürdü
    • 13-01-2023, 13:23
    • 140

Atasını döyərək öldürdü

Bakıda oğul atasını döyərək xəsarətlər yetirib, döyülən şəxs xəstəxanada ölüb.

DİN Mətbuat xidmətindən News24.az-a bildirilib ki, hadisə yanvarın 8-də Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.

Qəsəbə sakini İbrahim İbrahimov döyülməsi nəticəsində aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. O, huşsuz vəziyyətdə olduğu üçün dindirilməsi mümkün olmayıb.
Ətraflı

Polisin apardığı araşdırmalarla məlum olub ki, oğlu, əvvəllər məhkum olunmuş Azər İbrahimov sərxoş vəziyyətdə atasını döyüb. İ.İbrahimov yanvarın 12-də xəstəxanada ölüb. Polisin keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.İbrahimov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.