Goranboyda məktəbdə DƏHŞƏT: Sinif otaqları DAĞILDILDI - VİDEO
    • 13-01-2023, 15:12
    • 227

Goranboyda məktəbdə DƏHŞƏT: Sinif otaqları DAĞILDILDI - VİDEO

Goranboy şəhər 2 nömrəli tam orta məktəbdə sinif otağının dağınıq vəziyyətdə olmasına dair sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirilib.

 News24.az xəbər verir ki, sözügedən görüntülər 2022-ci ilin aprel ayına aiddir.

"Həmin vaxt siniflərin bir qismi Goranboy şəhər 1 nömrəli tam orta məktəbin binasında II növbədə tədrisə cəlb edilmişdi. Məktəbin görüntülərdə olan sinif otağı və bir neçə digər otaq hazırda bağlıdır və orada tədris aparılmır. İndi məktəbdə tədris öz qaydasında davam edir, nizam-intizam qaydalarına əməl olunur" - deyə məlumatda qeyd olunub./apa