Ursula fon der Lyayen Ukraynaya səfər edəcək
    • 13-01-2023, 21:29
    • 230

Ursula fon der Lyayen Ukraynaya səfər edəcək

Yaxın həftələrdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynaya işgüzar səfərə gələcək. Onu həmçinin Avropanun 10 komissarı müşayiət edəcək.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqramda bildirib.

Baş nazir əlavə edib ki, Avropa nümayəndə heyətinin səfəri təkcə müharibədə Ukraynaya gələcək dəstəyin vacib siqnalı olmayacaq, həm də Aİ-nin Ukraynanın üzvlüyü ilə bağlı danışıqlar prosesinə açıq olduğunu nümayiş etdirəcək.