Aİ “Sberbank”ı SWIFT-dən ayırır
    • 4-05-2022, 13:08
    • 789

Aİ “Sberbank”ı SWIFT-dən ayırır

“Bu gün Rusiyaya qarşı sanksiyaların 6-cı paketini təqdim edirik. Belə ki, Rusiyanın “Sberbank” və digər iki nəhəng bankını “SWIFT”-dən ayırırıq”.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, Avropa Komissiyası Rusiya neftinə qadağa qoymaq niyyətindədir.

Məlumata görə, Avropa İttifaqı Ukraynanın Buça şəhərində hərbi cinayətlər törədən yüksək vəzifəli hərbçilər və digər şəxslərin siyahısını hazırlayıb.

“Biz bilirik siz kimsiniz və siz məsuliyyətə cəlb olunacaqsınız”, - deyə Lyayen söyləyib.