-
- 13-01-2023, 22:35
- 290
İsveçin terrorçuları qınaması kifayət deyil - Çavuşoğlu
İsveç YPG terrorçularının tərəfdarlarının bu ölkə ərazisində təşkil etdiyi təxribatlara görə məsuliyyətdən yayına bilməyəcək.
Bunu cümə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Stokholmda YPG tərəfdarlarının təxribat hərəkətlərinə münasibət bildirərkən deyib.
"İsveç hakimiyyəti baş verənlərə görə birbaşa məsuliyyət daşıyır və onlar baş verən hadisələri qınamaqla məhdudlaşaraq məsuliyyətdən yayına bilməyəcəklər", - deyə M.Çavuşoğlu bildirib.
O qeyd edib ki, Ankara Stokholmdan NATO-nun Madriddə keçirilən sonuncu sammitində Türkiyə, Finlandiya və İsveçin imzaladığı Üçtərəfli Memorandum çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməsini gözləyir.
"PKK/YPG tərəfdarlarının İsveçdəki təxribatları nifrət və ksenofobiyanın təzahürüdür. İsveç bu cür cinayətlərlə mübarizə etmək məcburiyyətindəri. Bu dəfəki təxribat paytaxtın tam mərkəzində, bələdiyyə binasının yaxınlığında, ictimaiyyətin gözü qarşısında baş verib. İsveç bu cür hadisələrin qarşısını almağı öhdəsinə götürüb, lakin bu hadisələr davam edir", - deyə XİN rəhbəri bildirib./Trend/