Bakıda şok hadisə - Vəzifəli qadının “alfons” sevgilisi 20 min manatı oğurlayıb qaçdı
    • 14-01-2023, 12:07
    • 293

Bakıda şok hadisə - Vəzifəli qadının “alfons” sevgilisi 20 min manatı oğurlayıb qaçdı

Bakıda qadın sevgilisinin 20 min manatdan çox pulunu oğurlayan gənc oğlan həbs edilib.

News24.az ələ etdiyi məlumata görə, oğurluq hadisə Nərimanov rayonu Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verib.

Mingəçevir şəhər sakini, 1994-cü il təvəllüdlü Allahverdi Rəcəbov gecə saat 03 radələrində sevgi münasibətində olduğu Kəmalə Səlimovanın (soyadı şərtədir) evinə qonaq gəlib. O, evə gələrkən qadının istəyi ilə spirtli içki, çiçək və mineral su alıb. Evdə olduqları müddətdə yeyib-içib birgə gecələyiblər. Səhər saatlarında Allahverdi qadının yuxuya getdiyini görərək onun paltar dolabında saxladığı kağız paketdə 16500 ABŞ dolları və 1100 manatdan 11700 ABŞ dolları və 600 manat (20490 manat) pulu götürərək qaçıb.

Araşdırmalar zamanı məlum olub ki, Allahverdi “alfons” həyat tərzi sürüb. O, Kəmalə ilə görüşdən əvvəl Çinarə adlı qadınla hoteldə görüşüb və hoteldən çıxdığı gecə Kəmalənin istəyi ilə onun evinə gedib. Daha sonra sevgilisinin pullarını oğurlayan gənc oğlan başqa qadınla (Sevinc adlı) zəngləşərək onunla hoteldə görüşüb. Allahverdi elə hoteldəcə polis tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq) maddəsi ilə iş açılıb.

O da məlum olub ki, pulları oğurlanan Kəmalə Səlimova vəzifədə çalışır.

İstintaqa ifadəsində Allahverdi oğurladığı pulların bir hissəsini “İphone” markalı telefon almağa, bir hissəsini mərc oyunlarına, bir hissəsini isə hotel xərclərinə verdiyini deyib.

Məhkəmədə Kəmalə Səlimova baş vermiş hadisə barədə bunları deyib: “Özünü Əli (Əlişka) adı ilə təqdim edən şəxslə instagramda tanış olmuşdum. O vaxtdan onunla danışırdım. O, həmişə mənə onu niyə qonaq çağırmadığımı və əlavə olaraq mənimlə ailə həyatı qurmaq istədiyini deyirdi. 2022-ci ilin həmin tarixində saat təxminən 03:00 radələrində Əlini qonaq çağırmaq üçün ona zəng etdim. Danışan zaman Əli məndən gələrkən nə almasını soruşdu. Mən də nərgizgülü, içki olaraq isə nə istəyirsə almasını dedim. Saat 4 - də Əli yaşadığım mənzilə gəldi. Süfrə açaraq spirtli içki qəbul etməyə başladıq. Səhər saat 10:00-dək Əli ilə söhbət etdik, sonra yuxuya getdim. Saat 12:00-da işimlə bağlı evdən çıxmalı idim, amma yatıb yuxuya qaldığım üçün gedə bilməmişdim. Təxminən saat 15:10 da oyandım. Oyananda gördüm ki, Əli evdə yoxdur, evin qapısı bağlı olsa da kilitlənməmişdi”.

Qadın bildirib ki, bundan sonra evdən oğurluq edildiyini anlayıb və Əli kimi tanıdığı Allahverdiyə zəng edərək pulları qaytarmasını tələb edib. Lakin 28 yaşlı oğlan pul götürmədiyini bildirib. Bundan sonra isə o, polisə müraciət edilib.

Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda Kəmalə Səlimovanın sürücüsü və xidmətçisi də ifadə veriblər.
Allahverdi Rəcəbov da törətdiyi əməli məhkəmədə etiraf edib. 

Məhkəməni hökmü ilə gənc “alfons”a 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Taleh BAĞIROV