Qadın 1100 manatı oğurladı - Bakıda
    • 24-08-2019, 10:59
    • 702

Qadın 1100 manatı oğurladı - Bakıda

Bakının Nəsimi rayon ərazisində oğurluq hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənNews24.az-a verilən məlumata görə, hadisə avqustun 19-da baş verib. Həmin gün Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 1100 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Muradova 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb. 

Avqustun 23-nə keçən gecə Nəsimi rayonu ərazisində Bakı şəhər sakini G.Əlibəyliyə məxsus “KİA” markalı avtomobilin ön hissəsi qəsdən əzilib.
Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini S.Xəlilov saxlanılıb.