-
- 14-01-2023, 15:39
- 354
Təəssübkeş ziyalı, vətənpərvər elm adamı - İlham Rəhimovun 72 yaşı tamam oldu
Millətini, yurdunu, məmləkətini könlü ilə hiss edib, ona təmənnasız sevgi ilə bağlı olan kəslər onun aydınlarıdır.
Harda olmasından, dünyanın harasında yaşamasından, çalışmasından asılı olmayaraq, aid olduğu torpaq, xalq üçün can atan, onun adı, amalı üçün mübarizə aparan, elmi, zəkası, bütün üstün bacarıqları ilə könüldən xidmət edənlər onun ən böyük vətəndaşı, örnək adamıdır.
Vətən məhz belə fədakar işıqlı insanların çiynində yüksəlir.
Bu gün onlardan birinin - Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki, “Şöhrət” ordenli professor İlham Rəhimovun doğum günüdür.
Nüfuzlu alim, uğurlu iş adamı, ən önəmlisi gərgin və məhsuldar fəaliyyətini ölkəsinin adını tanıtmağa çalışan İlham Rəhimov yalnız elm, hüquq sahəsində yox, ictimai-siyasi fəaliyyəti, milli təəssübkeşliyi ilə hər zaman gerçək bir Vətən adamı olub.
Onun böyük uğurlara yolu isə təhsil aldığı Leninqrad Dövlət Universitetinin hüquq fakültəsindən başlayıb. Fərqlənmə diplomu ilə Leninqrad Dövlət Universitetinin Cinayət Hüququ kafedrasında aspiranturaya daxil olub, 1978-ci ildə isə hüquq elmləri namizədi, alimlik dərəcəsi alıb.
1978-ci ildən 1980-ci ilədək Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda işləyib, sonra iki il Azərbaycan Respublikası Ədliyyə Nazirliyində şöbə müdiri olub.
1982-ci ildən 1992-ci ilədək Ədliyyə Nazirliyində Qanunvericilik İdarəsinin rəisi vəzifəsində çalışıb.
1988-ci ildə Leninqrad Universitetində doktorluq dissertasiyasını müdafiə edərək, hüquq elmləri doktoru, alimlik dərəcəsinə yiyələnib. 1996-cı ildən professordur…
1992-ci ildən 1996-cı ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminalogiya Problemləri İnstitutunun direktoru olub.
1996-cı ildən 2000-ci ilədək müxtəlif ali məktəblərdə hüququn ayrı-ayrı sahələrindən dərs deyib, həmçinin Ali Diplomatiya Kollecində elmi işlər üzrə prorektor vəzifəsində çalışıb.
Son illər davamlı olaraq “Cinayətkarlıq və cəza”, “Cinayət və cəzanın fəlsəfəsi”, “Cəzanın əxlaqiliyi haqqında”, “Ölməz ölüm cəzası” və "Din və cəza" adlı kitablarını yazıb.
Hazırda Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycan Hüquqşünaslar İttifaqının sədri, «FINA» LLP hüquq firmasının prezidentidir. Respublikanın Əməkdar hüquqşünası fəxri adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.
Moskva Rusiya Elmlər Akademiyasının Ümumi yığıncağının qərarı ilə Rusiya Elmlər Akademiyasının akademiki seçilib.
İlham Rəhimovun bu günə qədərki bütün fəaliyyətinin qayəsi, amacı Vətənə, xalqına böyük xidmət olub.
Bu gün dəyərli ziyalımızın 72 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edirik. Ona uzun ömür, sağlamlıq və fəaliyyətində daha böyük uğurlar arzulayırıq.
News24.az