Big Ben ölçüsündə asteroid Yerə yaxınlaşır
    • 14-01-2023, 16:16
    • 218

Big Ben ölçüsündə asteroid Yerə yaxınlaşır

Bu gün diametri təxminən 88 metr olan asteroid Yer kürəsinin yaxınlığından keçəcək.

News24.az xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Sürət Laboratoriyası (JPL) məlumat yayıb.

Demək olar ki, Londondakı Big Ben (96 metr) böyüklüyündə olan 2022 YH3 asteroidi yanvarın 14-də 7.280.000 km məsafədə Yerə yaxınlaşacaq.

"HT Tech"-in məlumatına görə, asteroidin sürəti saatda 58 644 kilometrdir.

Bu asteroid "potensial təhlükəli" hesab edilmir, çünki onun uzunluğu 150 metrdən çox deyil, baxmayaraq ki, onun Yer planetindən maksimal məsafəsi 7,5 milyon kilometrdən az olacaq. "Potensial təhlükəli" kimi təsnif etmək üçün hər iki meyara cavab verməlidir.

Dekabrın 30-da diametri təxminən 16 metr olan 2022-ci ilin sonuncu asteroidi 2022 YG5 Yer kürəsinin yanından keçib.