Vaksinasiya ilə bağlı son vəziyyət
    • 15-01-2023, 17:29
    • 279

Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 312 vaksin vurulub.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci doza üzrə 144, ikinci doza üzrə 42, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 103-dür. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 23-dür.