-
- 16-01-2023, 09:56
- 338
Elektroşoklu qaşıq satışa çıxarıldı - Bu şəxslər istifadə edə bilməz
Amerikanın "SpoonTEK" startapı daxilində kiçik və aşağı gücə malik elektroşok olan qaşığı satışa çıxarıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, istehsalçı şirkət qaşığın insanlar üçün təhlükəsiz olduğunu, hətta qidanın keyfiyyətini yaxşılaşdıra biləcəyini qeyd edib.
Bildirilir ki, belə qaşıqdan istifadə orqanizm üçün təhlükəli hesab edilən duz, monosodium glutamat və digər ədviyyatların istehlakını azaldacaq.
Qaşıqda iki elektrod, yığcam enerji mənbəyi və LED var. Yığılan qida bir elektrodla, insan əli ikinci ilə təmasda olur.
Qaşıq ağızda olan zaman isə elektrodlar arasındakı elektrik dövrəsi bağlanır. Həmin vaxt aşağı gücə malik olan cərəyan dildə hiss olunur.
Dildəki dad reseptorlarının elektrik cərəyanı ilə stimullaşdırılması yeməyə zəngin dad illüziyasını verdiyi iddia edilir.
Qaşıq yalnız şorba, qatıq, dondurma kimi qidalarla işləyir.
Ağızda pirsinqləri olanlar və ya bədənlərinə kardiostimulyator kimi elektrik cihazları taxanlar tərəfindən istifadə edilməməlidir.
Teymur MƏMMƏDOV