-
- 16-01-2023, 12:34
- 209
Nazir yoxlamalara başladı - Sənət adamları narazı qaldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində yoxlamalara başlanılıb.
News24.az xəbər verir ki, həssas təbəqəyə xidmət və onların yaradıcılıq istedadının üzə çıxarılması üçün bir sıra tanınmış sənətkarların çalışdığı mərkəzdə məşqlər dayandırılıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin göstərişi ilə keçirilən yoxlamalar nəticəsində 10-dan çox şəxsin işdən çıxarıldığı bildirilir.
Mərkəzdə Xalq artisti Rüfət Xəlilzadə, Əməkdar artist Vüqar Camalzadə, saz ustası Aqşin Tarıyeloğlu, konsertmeyster, beynəlxalq mükafatlar laureatı Gülsüm Eldarova, Bakı Musiqi Akademiyasının vokal ustadı Esmira Hüseynova və digər sənətkarlar da fəaliyyət göstərir.
Məsələ ilə əlaqədar Əməkdar artist Vüqar Camalzadə ilə əlaqə saxladıq. O, mərkəzdə çalışan yaradıcı insanlara administrativ tələblər qoyulduğunu, bu baxımdan narazılıq olduğunu təsdiqlədi: “Sonuncu dəfə şənbə günü Mərkəzdə olmuşuq. Dünən bazar günü olduğuna görə məşqlərin dayandırılmasından xəbərim olmayıb. Artıq 1 il 3 aydır ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində peşəkar heyət cani dildən fəaliyyət göstərir. Bu müddət ərzində gördüyümüz işlər göz qabağındadır. Bu da təbii ki, rəhbərliyin və peşəkar heyətin sayəsində baş verir. Bu ilin əvvəlindən maraqlı hadisələr baş verir. Səbəb nədir bilmirəm. Onu bilirəm ki, yaradıcı insanlara qarşı münasibət belə olmamalıdır. Çünki yaradıcı insan administrativ deyil. Belə insanlara yaradıcılıq mühiti və şəraiti yaratmaq, yaradıcılıq azadlığı vermək lazımdır. Buna görə də güman edirəm ki, bu məsələlər tez bir zamanda həllini tapacaq”.
V. Camalzadə, həmçinin, sənət adamlarına qarşı administrativ tələblərin mərkəzin rəhbərliyi tərəfindən qoyulmadığını əlavə edib: “Biz rəhbər qurumlardan, aidiyyəti şəxslərdən xahiş etmişik ki, bu məsələlərə başqa tərəfdən yanaşsınlar. Dava-dalaşla yox, bunu izah eləməyə çalışırıq. Güman edirik ki, məsələ öz həllini tapacaq. Bizim mərkəzin rəhbərliyi ilə bağlı problemimiz yoxdur, rəhbərlik bizi çox yaxşı başa düşür. İradlarımız daha yüksək qurumlardan gələn tələblərlə bağlıdır. Bu tələblər administrativ insanlara qoyulan tələblərdir ki, o da yaradıcı insanlara qoyulmamalıdır”.
Problemlə əlaqədar ƏƏSMN-in DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, məsələ araşdırılacaq və cavablandırılacaq.
Qeyd edək ki, sözügedən mərkəz 2021-ci ildə yaradılıb, sosial tərəfdaşlıq prinsipinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib. Mərkəzin yaradılmasında əsas məqsəd isə sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etməkdir. /qafqaqzinfo