Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələrinə BAŞLANDI
    • 16-01-2023, 18:55
    • 333

Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələrinə BAŞLANDI

Türk dövlətlərinin yeni nəsil maliyyə tətbiqi olmağı hədəfləyən “Turan” Türkiyədən Azərbaycana saniyələr ərzində komissiyasız pul köçürməyə başladığını açıqlayıb.

Türk mətbuatında yer alan xəbərə görə, komissiyasız pul köçürmələri Türkiyədən Azərbaycandakı bütün kartlara aiddir. “Turan” maliyyə tətbiqinin qurucusu və baş direktoru Özgür Bayraktar deyib: “Ən mühüm hədəflərimizdən biri “Turan” və Türk dövlətlərini iqtisadi cəhətdən bir-birinə daha da yaxınlaşdırmaqdır. 2023-cü ildə Özbəkistana komissiyasız pul köçürmələrinə başlamaq niyyətindəyik”, - deyə o bildirib. /Teleqraf.com/