Hava şəraiti ilə əlaqədar 12 nəfər xəsarət aldı - RƏSMİ
    • 9-01-2023, 14:14
    • 200

Hava şəraiti ilə əlaqədar 12 nəfər xəsarət aldı - RƏSMİ

Hava şəraiti ilə əlaqədar olaraq dünən axşam saatlarından etibarən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 12 nəfər (11 qadın, 1 kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib.

Nazirlikdən News24.az-a verilən xəbərə görə, zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.