Estoniya Prezidentindən Azərbaycan və Ermənistana çağırış: “Sülhə nail olmaq çox vacibdir”
    • 17-01-2023, 11:56
    • 364

Estoniya Prezidentindən Azərbaycan və Ermənistana çağırış: “Sülhə nail olmaq çox vacibdir”

Estoniya Prezidenti Alar Karis Ermənistanın dövlət başçısı Vaaqn Xaçaturyanla görüşdən sonra Azərbaycanla Ermənistan arasında mövcud gərginliyin danışıqlar masası arxasında həll olunacağına ümid etdiklərini vurğulayıb.

News24.az xəbər verir ki, Estoniya Prezidenti bu məsələdə beynəlxalq ictimaiyyətin dəstəyinin mühüm rol oynadığını qeyd edib.

O bildirib ki, danışıqlar yolu ilə Cənubi Qafqazda hərtərəfli sabitliyə və sülhə nail olmaq çox vacibdir.

Xatırladaq ki, yanvarın 16-da Ermənistan prezidenti Vaaqn Xaçaturyan Estoniyada səfərdə olub. Səfər zamanı o, Estoniya Prezidenti Alar Karislə görüşüb.