Keçiddə ayaqqabı satan, maşının şüşəsini sındıran şəxs tutuldu
    • 17-01-2023, 12:11
    • 126

Keçiddə ayaqqabı satan, maşının şüşəsini sındıran şəxs tutuldu

Gəncədə ictimai asayişi pozan Vətən Müharibəsi qazisi məsuliyyətə cəlb edilib.

News24.az xəbər verir ki, 1987-ci il təvəllüdlü S.Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq), 535.1 (polisin qanuni tələbinə qəsdən tabe olmama), 232-1 (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 157-ci (Döymə) maddələri ilə protokol tərtib edilib.

Məlum olub ki, S.Zeynalov 7 yanvar 2023- cü ildə saat 13:45-də həyat yoldaşı F.Zeynalov ailə birgə Gəncə şəhəri Nizami prospekti ilə H.Əliyev prospektinin kəsişməsində olan yeraltı keçiddə qanunsuz küçə ticarəti məşğul olmaq istəyən zaman ona öz iradını bildirən polis əməkdaşının qanuni tələbinə tabe olmayaraq ucadan nalayiq ifadələr işlədib ətrafda olan insanların diqqətini özünə cəlb edib və polis əməkdaşının qanuni tələbinə bir daha tabe olmayıb öz qanunsuz hərəkətinə davam edib.

Bundan başqa o, Gəncə şəhər 3 saylı xəstəxanada vətəndaş T.İsgəndərovun avtomobilinə 970 manat maddi ziyan vuraraq onu döyüb.
Polis tərəfindən saxlanılan və məhkəmə qarşısına çıxarılan qazinin Gəncədə sosial işçi kimi daimi işlə təmin edilməsi, maddi təminatının olması məlum olub. O, ifadəsində deyib: 

“7 yanvar 2023-cü il tarixdə saat 12 radələrində maddi ehtiyacımla əlaqədar olaraq Gəncə şəhər Mərkəzi Univermağın qarşısında yerləşən keçiddə piştaxta qoyaraq ayaqqabı satmaq istəyirdim. Həmin vaxt polis əməkdaşları yaxınlaşaraq küçə ticarəti ilə məşğul olmağa icazə vermədilər. Polis əməkdaşları mənə küçə ticarəti üçün icazə vermədikləri üçün Gəncə şəhər Baş Polis İdarəsinə icazə almaq üçün getdim. Baş İdarədə mənə küçə ticarəti ilə məşğul olmağa icazə vermədikləri bildirdikdən sonra Gəncə şəhər Mərkəzi Univermağın qarşısında yerləşən keçidə qayıtdım. Yenidən piştaxta qoyub ayaqqabı satmağa davam etdim. Həmin vaxtı yenidən polis əməkdaşları oraya gəldi və mənə ticarətlə məşğul olmağa icazə vermədiklərini bildirdilər. Əsbiləşib polis əməkdaşları ilə mübahisə yaratdım, həyat yoldaşım da ora gəldi.

Hər ikimiz polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb ucadan nalayiq ifadələr işlətdik. Mübahisə zamanı əsəbi olduğum üçün bıçaqla özümə xəsarət yetirmək istədim. Həmin vaxt polis əməkdaşları əlimdən bıçağı alaraq buna imkan vermədilər. Mən qazi olmaqla 2-c qrup əliləm. Aylıq gəliri. təxminən 900 manat olsa da, banklara borcu olduğumdan dolana bilmirəm və bu səbəbdən keçiddə ayaqqabı satmaq istəyirəm. Hazırda əməlimdən peşman deyiləm. Bundan sonra da haqqımı tələb edəcəm. Həmçinin barəmdəki digər protokollara dair deyə bilərəm ki, 16 sentyabr 2022-ci il tarixdə Gəncə şəhəri 3 saylı xəstəxanada olan zaman bərk əsəbləşmişdim və orada saxlanılmış “Opel” markalı avtomobilin şüşəsini vurub qırmışam və onun sahibi Teymur İsgəndərov ilə mübahisə zamanı onu hasa ilə vuraraq xəsarət yetirmişəm. Həmin vaxt da əsəbi olmuşam. Lakin həmin hərəkətinə görə də peşman deyiləm. Belə ki, həmin şəxs arvadıma nalayiq söz demişdi. Qarabağ qazisi olmağımın nəzərə alınmasını xahiş edirəm”.

Gəncə şəhər Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 4 maddəsi ilə təqsirləndirilən şəxsi 300 manat cərimə edib və onu məhkəmə zalından sərbəst buraxıb.

Taleh Bağırov