Mənzil almaq istəyənlərin nəzərinə! - BU TARİXDƏN ETİBARƏN... - VİDEO
    • 17-01-2023, 13:10
    • 293

Mənzil almaq istəyənlərin nəzərinə! - BU TARİXDƏN ETİBARƏN... - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 23 yanvar 2023-ci il, saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacaq.

Nazirlikdən News24.az-a verilən məlumata görə, satış elektron portal – ms.sosial.gov.az vasitəsilə həyata keçiriləcək və mənzillərin portal üzərindən satışı 1 iyul 2023-cü ilədək davam edəcək.

Həmin mənzillərdən almaq istəyən şəxslər mənzillərlə necə tanış ola, seçə və ala bilər? Bu barədə hazırlanmış tanıtım-izahat məqsədli videoçarxı təqdim edirik: