Qız Qalasının qarşısındakı körpü təmirə bağlanır
    • 17-01-2023, 17:20
    • 173

Qız Qalasının qarşısındakı körpü təmirə bağlanır

Qız Qalasının qarşısında yerləşən körpü təmir işləri üçün bağlanıb.

News24.az xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar olaraq körpü üzərində piyadaların hərəkəti məhdudlaşdırılacaq.
Məlumata görə, körpünün aşırımlarının bərpasının fevralın 10-na qədər yekunlaşdırılması nəzərdə tutulub.

İdarə müvəqqəti narahatlığa görə İçərişəhərin sakinlərindən və qonaqlardan üzr istəyib.