Bu axşam Qız Qalasının işıqları söndürüləcək
    • 26-03-2022, 14:39
    • 2 335

Bu axşam Qız Qalasının işıqları söndürüləcək

Bu gün axşam Qız Qalasının işıqları söndürüləcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən News24.az-a verilən məlumata görə, bu gün saat 20:30-dan 21:30-a qədər “Yer saatı” ekoloji aksiyasına qoşulmaq üçün bu addım atılacaq.

Qeyd edək ki, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) təşəbbüsü ilə hər il mart ayının son şənbə günü dünyada “Yer saatı” ekoloji aksiyası keçirilir. Aksiya çərçivəsində binaların fasad işıqları söndürülərək iqlim dəyişikliyinə və ekoloji fəsadlara diqqət cəlb edir.