-
- 18-01-2023, 11:06
- 2 682
Nemət Pənahlının qızı OD PÜSKÜRDÜ: “Siz hara, atamı aşağılamaq, ya da ələ salmaq hara?...”
Azadlıq hərəkatının liderlərindən olan Nemət Pənahlının efirdə aparıcının xahişindən sonra yoqa hərəkətini nümayiş etdirməsi müzakirələrə səbəb olub.
Tənqidlərdən sonra Nemət Pənahlının qızı Xatirə Əfşar səslənən fikirlərə reaksiya verib.
News24.az xəbər verir ki, X.Əfşar hadisə ilə bağlı bu fikirləri bölüşüb:
“Sizə bütün dərdlərinizi unutduran hadisə haqqında danışmaq istəyirəm. Güldünüz, əyləndiniz. Çünki bu, sizin daim acizliyinizdən atdığınız ən gözəl addım olub. Çoxunuzun təhqirlərini oxudum. Var olun. Təhqir nədir ki?! Mən gözləyirdim ki, evimizin qabağına hücum edib, bizi daş-qalaq edəsiniz. Axı çox böyük bir hadisə baş verib. Nemət Pənahlı yetim haqqı yeyib. Xalqin milli və mənəvi kimliyi ilə oynayıb. Axı niyə etmiyəsiniz? Yanıltdınız məni. Əfsus”.
O, daha sonra sözlərinə belə davam edib: “Nemət Pənahlının idman etməyindən başqa əlinizə daş alıb üstünə tuşlayacağınız başqa günahlar tapa bilmədiniz. Nemət Pənahlının bütün Azərbaycana örnək olacaq altı övladı var. Hansı biri ilə onu ələ salıb təhqir edə bilərsiniz? Bir siyasətçinin siyasəti ilə sevilməməsi başadüşüləndir. Sevəni və sevməyəni olacaq. Ancaq dişinizi qıcayıb onu aşağılayacağınız, ya da alçaldacağınız şeyi necə də böyük həsrətlə gözləyirmişsiniz. Çox sadə və bəsit videonu ölkədə gündəm edə bilirsiniz.
Nemət Pənahlı - onun namusu və əxlaqı ilə ad eləmiş qızı olan mənəm!
Nemət Pənahlı - əzmi və gücü ilə dəfələrlə dünya çempionu olmuş oğlanlarıdır.
Nemət Pənahlı - dişini qıcayıb dizinin bükülməsini gözləyən bu xalqa rəğmən türmə yollarında altı biri digərindən üstün övlad böyüdən xanımıdır.
Siz hara, Nemət Pənahlını aşağılamaq, ya da ələ salmaq hara?
Əgər mütləq ki, birini ələ salmaq istəyirsinizsə, nə qədər bəsitləşdiyinizi düşünüb, zavallı olduğunuzu anlayıb, aynanı qarşınıza qoyub, özünüzə baxın. Çünki haqqı yeyilən sizsiniz! Haqqınızı yeyən də Nemət Pənahlı deyil!
Bəlkə də elə bilirsiniz ki, biz ailəcə matəm elan etmişik ki, niyə atamızın bu videosu paylaşılıb. Əsla. Şəxsən öz adıma deyirəm ki, mən ömrüm boyu atamın əxlaqı ilə fəxr etmişəm. Onun nə özünün, nə də ailəsinin əxlaqına toz belə qondurmaq mümkün deyil. Buna bu gün bir daha əmin oldum. Üzülmədim, üzülmürəm”.