-
- 18-01-2023, 15:37
- 328
“Bizə Ermənistanın Laçın yolu ilə mina daşımasına dair məlumatlar verilib”
Rusiya tərəfi Azərbaycanın Ermənistanın Laçın yolu ilə mina daşımasına dair təqdim etdiyi məlumatı araşdırır.
News24.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Laçın yolundakı vəziyyətlə bağlı sualı cavablandırarkən bildirib.
Lavrovun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında ayrıca qeyd olunub ki, bu marşrut üzrə hərbi yüklər daşınmamalıdır.
O, Rusiya hərbçilərinin Azərbaycan tərəfinin Ermənistanın bu dəhliz vasitəsilə mina daşıyıb üçtərəfli razılaşmaları pozaraq, Azərbaycan mövqelərinin yaxınlığındakı ərazilərini minalamasına dair təqdim etdikləri məlumatları araşdırdığını vurğulayıb.
Qarşılıqlı ittihamların çox olduğuna diqqət çəkən Lavrov Rusiyanın sadə təkliflə çıxış etdiyinə diqqət çəkib./apa