“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində avtobusda yanğın baş verib
    • 18-01-2023, 23:28
    • 158

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində avtobusda yanğın baş verib

Bu gün axşam saat 21:10 radələrində “Manella” MMC-nin istismarında olan 163 nömrəli müntəzəm marşrut xətti üzrə 77 JA 185 DQN-lı sərnişin avtobusunda yanğın olub.

News24.az xəbər verir ki, hadisə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin ərasizində baş verib.

Yanğın nəqliyyat vasitəsinin mühərrik hissəsindəki qısaqapanma nəticəsində əmələ gəlib. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları dərhal yanğınsöndürmə vasitələrindən istifadə etməklə alovun qarşısını alıb. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Qısa vaxtda yanğın tam söndürülüb.