Hitlerin sağ əlinin evi hədiyyə veriləcək
    • 6-05-2024, 09:12
    • 183

Hitlerin sağ əlinin evi hədiyyə veriləcək

Hitlerin ən yaxın müttəfiqlərindən biri olan Goebbelsin Berlindən təxminən 40 kilometr şimalda, Wandlitz şəhəri yaxınlığında, Bogensee gölünə baxan meşəlik ərazidə 1939-cu ildə tikilmiş lüks villası olub.

News24.az xəbər verir ki, Alman hökumətinin əmlakı satmaq cəhdlərində uğursuzluğa düçar olması və kompleksin saxlanması, təhlükəsizliyini ödəməkdən imtina etməsindən sonra iqamətgah yararsız vəziyyətə düşüb. Bildirilib ki, iqamətgahda ağacların aşması, dam örtüyünün mamır basması və köhnəlmiş divarların yaratdığı problemlər yaranıb.

Hökumətin söküntü qərarına vətəndaşlar müsbət reaksiya göstərməyiblər. Məhz bu səbəbdən də söküntü planı ləğv edilib.

Qeyd edək ki, Berlinin maliyyə naziri Stefan Evers əyalət parlamentində çıxış edərək Hitlerin təbliğat naziri Cozef Qebbelsə məxsus villanı satmaq istədiklərini bildirib. 

Evers, "Hər kəsə Berlin əyalətinin hədiyyəsi olaraq buranı almağı tövsiyə edirəm" deyib.

Günel Məlikzadə