-
- 20-01-2023, 09:15
- 244
Dərmanların qiyməti buna görə bahalaşır - Nazir AÇIQLADI
"Hazırda ölkədə hər hansı dərmanın kəskin qıtlığı yoxdur. Dünyada baş verən son hadisələr səbəbindən dərman istehsalında istifadə olunan xammalın qiymətinin artırılmasına gətirib çıxarıb".
News24.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, mövcud vəziyyət müəyyən dərmanların qiymətində nisbətən artıma səbəb olur: "Vəziyyət daim nəzarət altındadır. Lazımi tədarüklər görülüb, ehtiyac həcmləri təmin edilib. Dərmanların qiymətini Tarif Şurası müəyyən edir. Strateji baxımdan vacib olan dərmanların qiyməti nəzarət altındadır və bu tənzimlənir".
Qumral Əliyeva