QANLI YANVARIN 33-cü ildönümü - Fotoreportaj
    • 20-01-2023, 16:26
    • 507

QANLI YANVARIN 33-cü ildönümü - Fotoreportaj

Bu gün 1990-cu il 20 Yanvar hadisələrinin 33-cü ildönümüdür. 

News24.az xəbər verir ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun qoşunları əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridib, dinc əhalini müxtəlif növ silahlardan atəşə məruz qoyub.

Silahlı qoşun birləşmələri milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 150 nəfər silahsız mülki şəxsi, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızcasına öldürüb, Bakı şəhərində və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Həmin hadisələr zamanı hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılıb, nəticədə tibb işçiləri şəhid olub və yaralanıblar. Eyni zamanda, yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülmüşdü.

Hər il olduğu kimi bu il də, rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin qurbanlarını ziyarət edirlər.  Ziyarətçilər şəhidlərin məzarı önünə tər qərənfillər düzüb, onların ruhlarına dualar oxuyurlar.

Fotoreportajı təqdim edirik:

Foto: Teymur Məmmədov