Şadlıq sarayında kütləvi dava - Ata və oğlunu döydülər
    • 21-01-2023, 10:54
    • 249

Şadlıq sarayında kütləvi dava - Ata və oğlunu döydülər

Goranboy rayonu Düzqışlaq kəndi ərazisində yerləşən “Eşqin” şadlıq sarayında kütləvi dava-dalaş olub.

News24.az xəbər verir ki, yanvarın 18-i saat 19 radələrində şadlıq evində baş vermiş kütləvi dava zamanı rayonun Dəyirmanlar kənd sakini, 1999-cu il təvəllüdlü Kənan Məmmədov və bir qrup şəxs ata və oğlunu döyüblər. Nəticədə 1992-ci il təvəllüdlü Eşqin Məmmədrzayev və atası Rafiq Məmmədrzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.// qafqazinfo