Bakıda evdən oğurluq edən qadınlar SAXLANILDI
    • 20-10-2022, 10:03
    • 180

Bakıda evdən oğurluq edən qadınlar SAXLANILDI

Bakıda evdən oğurluq edən qadınlar saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 3000 manat pul və 1415 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Aynurə Məmmədova və Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Samirə Süleymanova müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.