Azərbaycanda məktəbdə biabırçı görüntü - Müəllim şagirdləri şillələdi - VİDEO
    • 21-01-2023, 12:40
    • 2 547

Azərbaycanda məktəbdə biabırçı görüntü - Müəllim şagirdləri şillələdi - VİDEO

Azərbaycanda məktəblərdən birində müəllimin şagirdləri döyməsi və sinifdə acınacaqlı vəziyyətin yarandığını əks etdirən görüntülər yayılıb.

News24.az xəbər verir ki, görüntülərin 7 və ya 8-ci sinifdə çəkildiyi bildirilir. Belə ki, qadın müəllim sinifdə təşəbbüsü ələ ala bilmədiyindən dərs prosesi pozulub. Nəticədə müəllim bir neçə şagirdə fiziki zorakılıq göstərərək onları vurur.

Hadisə zamanı müəllimin ağır stress keçirməsi və səsinin batması aydın görünür.

Görüntülərin nə vaxt və hansı məktəbdə çəkilməsi məlum deyil. 

Həmin videonu təqdim edirik:

Taleh BAĞIROV