Laçın yolunda BQXK-nin 7 avtomobilinin hərəkətinə şərait yaradılıb
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobilin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
News24.az “Report”a istinadla xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 6 minik və 1 yük avtomobili Laçından Xankəndi istiqamətinə keçid edib.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
12:39
10:37