-
- 23-01-2023, 15:27
- 501
Ötən il 1,8 mlrd. manat dövlət borcu qaytarılıb
2022-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 99,3 faiz və ya 32063,3 mln. manat icra olunub ki, bu da 2021-ci illə müqayisədə 4640,9 mln. manat və ya 16,9 faiz çoxdur.
News24.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Strukturuna görə 2022-ci il dövlət büdcəsi xərclərinin 17739,9 mln. manatı cari xərclərə (2021-ci illə müqayisədə 1151,5 mln. manat və ya 6,9 faiz çox), 12533,0 mln. manatı əsaslı xərclərə (2021-ci illə müqayisədə 3897,8 mln. manat və ya 45,1 faiz çox), 1790,4 mln. manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci illə müqayisədə 408,4 mln. manat və ya 18,6 faiz az) yönəldilib.
İqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 11577,1 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 1280,4 mln. manat və ya 12,4 faiz çoxdur.
2022-ci ilin oktyabr-dekabr ayları üzrə isə dövlət büdcəsinin xərcləri 11592,6 mln. manat icra olunub.