-
- 23-01-2023, 17:30
- 293
5 yaşlı uşağın ölüm səbəbi açıqlandı - RƏSMİ
TƏBİB Şəkidə 5 yaşlı uşağın ölüm səbəbini açıqlayıb.
News24.az xəbər verir ki, qurumdan cavab olaraq bildirilib ki, 2018-ci il təvəllüdlü Eyvazlı Zəhra Tariel qızı 20.01.2023-cü il saat 12:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Yerləşdiriləndə hərarəti yüksək (40.3 dərəcə) olub.
"Zəruri tibbi xidmətlər göstərilib. Saat 13:30 radələrində ambulator müalicə üçün evə buraxılıb. Evə buraxılanda hərarəti 37.8 dərəcə olub.
20.01.2023-cü il saat 15:15-də yenidən tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Gətirilərkən Z.Eyvazlı aqonal vəziyyətdə olub, tənəffüs çatışmazlığı müşahidə edilib. Temperaturu 35 dərəcə olan pasiyentdə nəbz və təzyiq izlənməyib. Həkimlərin səyinə baxmayaraq, 15:50 radələrində dünyasını dəyişib.
Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır" - açıqlamada qeyd edilib.